Ceyhun Bayramovun Əsəd əl-Şeybani ilə telefon danışığı olub

Ceyhun Bayramovun Əsəd əl-Şeybani ilə telefon danışığı olub

15 Aprel 2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov suriyalı həmkarı Əsəd əl-Şeybani ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Sana" agentliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyini də vurğulayıblar.

"Nazirlər Suriya hökumətinin ölkənin bərpası və enerji sektorunda sabitliyin əldə edilməsi istiqamətində göstərdiyi səylərin dəstəklənməsinin mühüm olduğunu bildiriblər. Eyni zamanda, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. XİN başçıları qurumlar arasında əlaqə kanallarının aktivləşdirilməsi və müxtəlif səviyyələrdə səfərlərin təşviq edilməsinin  zəruriliyini vurğulayıblar", - agentlik bildirib