Sahibə Qafarova MDB PA-nın plenar iclasında iştirak edəcək

Sahibə Qafarova MDB PA-nın plenar iclasında iştirak edəcək

16 Aprel 2025

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sədrin səfərinin məqsədi Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyasının (MDB PA) tədbirlərində iştirakdır.

Xatırladaq ki, Sahibə Qafarova Milli Məclisin MDB PA-dakı nümayəndə heyətinin rəhbəridir.