Culfada “Gülüstan” qum-çınqıl yatağı üzrə hərrac keçirilib -

Culfada “Gülüstan” qum-çınqıl yatağı üzrə hərrac keçirilib - FOTO

02 İyun 2026

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hərraca Culfa rayonu ərazisində yerləşən “Gülüstan” qum-çınqıl yatağı çıxarılıb. Başlanğıc qiyməti 10 000 (on min) manat müəyyən edilən hərrac 13 900 (on üç min doqquz yüz) manatla yekunlaşıb.

Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.