Laşa Abaşodze: Bakı-Tbilisi-Qars Azərbaycan və Gürcüstanın tranzit rolunu daha da artıracaq

Laşa Abaşodze: Bakı-Tbilisi-Qars Azərbaycan və Gürcüstanın tranzit rolunu daha da artıracaq

02 İyun 2026

Bu gün Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı nəticəsində mühüm bir layihə həyata keçirildi, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Bu layihə sayəsində Orta Dəhlizə yeni bir marşrut əlavə olundu. Bu, həm Azərbaycan, həm də Gürcüstan üçün çox vacib strateji layihədir, eyni zamanda, Türkiyə istiqamətində də yeni imkanlar yaradır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı “Gürcüstan Dəmir Yolları” SC-nin direktoru Laşa Abaşodze deyib.

Onun sözlərinə görə, BTQ kifayət qədər əhəmiyyətli strateji layihədir.

“Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı nəticəsində müasir və yüksək texnologiyalı infrastruktur formalaşdırılıb. Bu layihə yalnız bizim ölkələr üçün deyil, həm də Orta Dəhlizdə yerləşən bütün ölkələr üçün vacibdir. BTQ Orta Dəhlizi gücləndirəcək və ölkələrimizin tranzit rolunu daha da artıracaq”, - deyə L.Abaşidze vurğulayıb.