Qızıl və gümüş qiymətləri dəyişib?

Qızıl və gümüş qiymətləri dəyişib?

02 İyun 2026

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,89% artaraq 4,546.6 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 1,12% artaraq 76.10 ABŞ dolları təşkil edib.