Dövlət qulluğuna qəbul üzrə test imtahanı üçün 550 namizəd qeydiyyatdan keçib

Dövlət qulluğuna qəbul üzrə test imtahanı üçün 550 namizəd qeydiyyatdan keçib

14 Oktyabr 2025

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 16-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçirəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 550 namizəd qeydiyyatdan keçib.

Qeyd edək ki, imtahan saat 11:00-da başlanır Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahanların keçirilməsi üçün 7 imtahan rəhbəri, 34 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.