Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri açıqlandı

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri açıqlandı

13 Oktyabr 2025

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.