
Tramp Azərbaycan və Ermənistan arasında sülhdən danışıb
ABŞ Prezidenti Donald Tramp bu gün İsrail parlamentində (Knesset) çıxış edərkən yenidən Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasından bəhs edib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Tramp ABŞ-nin əməkdaşlıq, dostluq və ticarət əlaqələrinə əsaslanan gələcək və irs qurmağa çalışacağını vurğulayıb.
"Təl-Əvivdən Dubaya, Hayfadan Beyruta, Qüdsdən Dəməşqə və Ermənistandan Azərbaycana, dayandırdığım daha bir müharibə", - D.Tramp bildirib.