Paşinyandan Naxçıvan açıqlaması: Yol bu rejimdə işləyəcək

Paşinyandan Naxçıvan açıqlaması: Yol bu rejimdə işləyəcək

22 Avqust 2025

Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə əsasında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz yolun təmin edilməsindən danışıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, yolun sadələşdirilmiş rejimdə işləyəcəyini deyib.

“Vaşinqton Bəyannaməsində bu məsələ ilə bağlı beş prinsip aydın şəkildə göstərilib: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq”, - Nikol Paşinyan bildirib.

O qeyd edib ki, sərhəd-keçid məntəqələrində sadələşdirmələr olacaq:

“Təkcə Ermənistan-Azərbaycan sərhəd məntəqələrində deyil, həm də bütün sərhəd məntəqələrində sadələşdirəcəyik ki, biznes mühiti - ixrac, idxal, tranzit mümkün qədər sadələşsin, bu, istənilən halda biznes fəaliyyəti üçün ən münasib və vacib mühitdir. Prosedurlar - beş prinsipin nəzərdə tutduğu şeylər orada olmalıdır. Bu beş prinsipdə hər şey nəzərdə tutulur, amma forma başqa məsələdir”.

N.Paşinyan əlavə edib: “Beş prinsip çərçivəsində uyğun gələn istənilən sadələşdirməyə hazırıq”.