Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb

Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb

09 Oktyabr 2025

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 10 oktyabr saat 18:00-dək uzadılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Namizədlər https://portal.edu.az/ üzərindən "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.