Yaşar Gülər Kərim Vəliyevlə birlikdə "Atəş sərbəst- 2025" təlimini izləyib -

Yaşar Gülər Kərim Vəliyevlə birlikdə "Atəş sərbəst- 2025" təlimini izləyib - FOTO

11 Oktyabr 2025

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Müdafiə Nazirliyindən bildirib.

General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.