Sınaq müddəti hansı hallarda müəyyən edilmir? -

Sınaq müddəti hansı hallarda müəyyən edilmir? - HÜQUQ MƏSLƏHƏTİ

11 Oktyabr 2025

Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən sınaq müddəti:

yaşı 18-dən az olan şəxslərlə;

müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

Qeyd: Sualları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır