Hansı halda apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilir? -

Hansı halda apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilir? - HÜQUQ MƏSLƏHƏTİ

10 Oktyabr 2025

Sual: Hansı halda apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilir?

Cavab: Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçıları tərəfindən apellyasiya şikayəti verilmədikdə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi barədə qərar çıxarır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov