Əşyanın hissə-hissə ödənilməsi hansı qaydada nəzərdə tutulub? -

Əşyanın hissə-hissə ödənilməsi hansı qaydada nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ

10 Oktyabr 2025

Sual: Əşyanın hissə-hissə ödənilməsi hansı qaydada nəzərdə tutulmuşdur?

Cavab: Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov