Ötən il doğulan körpələrə daha çox hansı adlar verilib?

Ötən il doğulan körpələrə daha çox hansı adlar verilib?

11 Oktyabr 2025

Ötən il Azərbaycanda körpələrə ən çox verilən adlar məlum olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər və qadınlar" məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, qızlara ən çox Zəhra və Zeynəb adları verilib. Bu adlar sırasında Mələk, İnci, Fatimə, Ayla, Nilay, Melisa, Aylin, Məryəm də var.

Oğlanlara isə ən çox Uğur adı verilib. Tunar, Ayxan, Məhəmməd, Murad, Ömər, Raul, Yusif, Hüseyn, Əli adları da bu sıradadır.