Energetika və mədəniyyət  nazirləri Naxçıvana səfər ediblər

Energetika və mədəniyyət nazirləri Naxçıvana səfər ediblər

10 Oktyabr 2025

Oktyabrın 10-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və energetika naziri Pərviz Şahbazov Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli,  mədəniyyət naziri Adil Kərimli və energetika naziri Pərviz Şahbazov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.