
“Sahibkar çətiri” layihəsi Babək rayonunda davam etdirilib - FOTO
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu və “Bank Respublika”nın birgə təşkilatçılığı ilə həyata keçirilən “Sahibkar çətiri” layihəsinin növbəti mərhələsi Babək rayonunda baş tutub.
7-8 oktyabr 2025-ci il tarixlərində Nehrəm və Cəhri qəsəbələrində keçirilən tədbirlərdə sahibkarların müraciətləri fond və bank əməkdaşları tərəfindən qeydə alınıb, onların ehtiyaclarına uyğun dövlət maliyyə dəstəyi imkanları barədə ətraflı məlumat verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşlər zamanı iştirakçılara güzəştli maliyyə vəsaitlərinin əldə olunması qaydaları izah edilib, həmçinin maarifləndirici bukletlər təqdim olunub.
Layihənin əsas məqsədi rayonlarda fəaliyyət göstərən sahibkarların dövlət dəstək mexanizmləri barədə məlumatlandırılması və onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir.
“Sahibkar çətiri” layihəsi sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb və növbəti mərhələdə muxtar respublikanın digər bölgələrində də davam etdirilərək daha geniş sahibkar kütləsini əhatə edəcək.