
Elbrus İsayev BMTB ETİ-da işgüzar görüş keçirib - FOTO
Səfər çərçivəsində bu gün Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti ilə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun kollektivi arasında işgüzar görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, institutun direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Elmi-Tədqiqat İnstitutu haqqında ətraflı məlumat verib, ikitərəfli əməkdaşlıq çərçivəsində qarşıya qoyulan məsələlərin icrası ilə bağlı gələcəkdə həyata keçiriləcək işlər barədə öz fikirlərini bildirib.
Geniş tərkibdə təşkil olunan görüşdə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetin keçdiyi inkişaf yolu, hazırki çoxşaxəli fəaliyyəti, gələcək strateji hədəfləri haqqında məlumatları qeyd edib. Rektor eyni zamanda universitetin aqrar sahələr üzrə kadr hazırlığı ilə yanaşı, birgə elmi-tədqiqat işlərinin aparılması, elmi tədbirlərin təşkilinin vacibliyinə diqqət çəkib.
Tədbirdə yaxın tarixdə aqrar sahədə bir sıra sahələri özündə birləşdirən “Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı” I Respublika Konfransının birgə keçirilməsinin, kənd təsərrüfatının aktual sahələri üzrə geniş elmi müzakirələrin aparılması razılığına gəlinib.