Emin Əmrullyev müəllimləri təbrik etdi

Emin Əmrullyev müəllimləri təbrik etdi

05 Oktyabr 2026

Müəllimlik peşəsinin əsas missiyası yalnız bilik vermək deyi həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikir elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.

O qeyd edib ki, müəllimlik ən çətin, eyni zamanda, ən şərəfli peşələrdən biridir:

"Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram".