AMEA-nın strukturunda dəyişiklik edilib

AMEA-nın strukturunda dəyişiklik edilib

20 Noyabr 2026

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda dəyişiklik edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Belə ki, Azərbaycam Milli Elmlər Akademiyasının strukturuna daxil olan Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələrin sayı artırılıb. Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutu, Nizami Gəncəvi Mərkəzi həmin bölmənin tərkibinə daxil edilib.