
Estoniyada yaşayan həmyerlimizdən təbrik məktubu
NAXÇIVANXƏBƏRLƏRİ İnformasiya Portalının rəhbərliyinə və kollektvinə
Hörmətli redaksiya heyəti!
Estoniyada yaşayan bir soydaşınız kimi, “NAXÇIVANXƏBƏRLƏRİ” İnformasiya Portalının fəaliyyətə başlamasının 10 illik yubileyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İllərdir davam edən peşəkar fəaliyyətiniz, operativ və dolğun xəbərlərlə cəmiyyətə verdiyiniz töhfələr təqdirəlayiqdir. Siz, yalnız Naxçıvan ictimaiyyətinin deyil, həm də xaricdə yaşayan soydaşlarımızın doğma yurdu ilə informasiya bağlantısını təmin edən dəyərli bir körpü rolunu oynayırsınız.
Zəhmətkeş komandanızın səyi ilə “NAXÇIVANXƏBƏRLƏRİ” bu gün regionun ən etibarlı və oxunaqlı informasiya resurslarından birinə çevrilmişdir. Sizə bundan sonrakı fəaliyyətinizdə daha böyük uğurlar, daim yenilənən və genişlənən oxucu auditoriyası, həmçinin peşəkar inkişaf arzulayıram.
Uğurlarınız bol, sözünüz güclü olsun!
Hörmətlə,
Ələddin Əkbərov
Estoniya,
22 may 2025-ci il