“Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib -

“Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib - FOTO

09 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda  “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.                                                                                                                                       

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun  Prorektoru Xəyal Camalov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Türkanə Əliyeva  mövzu ilə bağlı çıxış ediblər. Sonda mövzu ilə bağlı "Azərbaycanın ekoloji siyasəti" adlı videoçarx nümayiş olunub.

Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.