
Fərarilik etmək hansı hallarda məsuliyyətə səbəb olur ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Fərarilik etmək hansı hallarda məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Cinayət Məcəlləsində fərariliyə görə hansı cəzalar müəyyən edilib?
Cavab: Fərarilik, yəni hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi) üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xidməti istifadə üçün verilmiş silahı, döyüş sursatını və ya partlayıcı maddələri oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs tərəfindən fərarilik etmə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas - Nurlan Əhmədli