Fidan Lavrovla Suriyanı və terrorizmlə mübarizəni müzakirə edib

Fidan Lavrovla Suriyanı və terrorizmlə mübarizəni müzakirə edib

23 Yanvar 2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

“NAXÇIVANXƏBƏRLƏRİ” xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Bildirilib ki, onlar Suriyanı və terrorizmlə mübarizəni müzakirə ediblər.