"Taliban" liderinin həbsi tələb edilib

"Taliban" liderinin həbsi tələb edilib

23 Yanvar 2025

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan "Taliban" hərəkatının lideri Heybətullah Axundzadə və Əfqanıstanın baş hakimi Əbdül Hakim Həqqaninin həbsinə order verilməsini tələb edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, bu barədə BCM-in saytında məlumat verilib.

Prokurorun sözlərinə görə, Axundzadə və Həqqani "gender əsaslı təqib" kimi cinayətlərə görə mühakimə edilməlidir.