“OPEC+” neft hasilatı ilə bağlı hazırkı qərarları dəyişməyəcək

“OPEC+” neft hasilatı ilə bağlı hazırkı qərarları dəyişməyəcək

03 Fevral 2025

“OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) neft hasilatı ilə bağlı hazırkı qərarları dəyişməyəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə xarici KİV mənbələrə istinadən məlumat yayıb.

Görüş videokonfrans formatında keçirilib. Alyans nümayəndələri neft bazarının vəziyyətini təhlil ediblər.

Bundan əvvəl “OPEC+” ölkələrinin nazirləri 2024-cü il dekabrın 5-də monitorinq komitəsinin iclasında və ümumi görüşdə bir araya gəlmişdilər. Həmin vaxt “OPEC+” ölkələri aşağı qış tələbatı fonunda 2025-ci ilin birinci rübü ərzində gündəlik 2,2 milyon barel həcmində könüllü istehsal məhdudiyyətlərini uzatmaq barədə razılığa gəlmişdilər.

2024-cü il üçün kvotalarda iştirak etməyən İran, Venesuela və Liviya nəzərə alınmasa, ümumi maksimal hasilat səviyyəsi gündəlik təxminən 39,425 milyon barel təşkil edib. Gündəlik 1,65 milyon barel həcmində məhdudiyyətlər 2026-cı ilin sonuna qədər qüvvədədir. Bir qədər sonra tətbiq edilən əlavə 2,2 milyon barel həcmində məhdudiyyətlərin 2025-ci ilin aprelindən ləğv edilməsi barədə dekabr görüşündə qərar verilib.