Həmyerlimiz Türkiyədə bitirdiyi məktəbin ən yaxşısı olub -

Həmyerlimiz Türkiyədə bitirdiyi məktəbin ən yaxşısı olub - FOTO

20 İyun 2025

Əslən Naxçıvandan olan Turqay Canbaxşı təhsil aldığı İzmirə bağlı Yenifoça Recep Kerman Spor Lisesini yüksək balla bitirib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeniyetmə həmyerlimiz məktəbin tarixində ilk dəfə 100 mümkün baldan 94 bal toplayaraq son 7 ildə məktəbin ən yüksək bal toplayan şagirdi kimi adını liseyin tarixinə yazıb. Onun adı liseyin fəxri lövhəsinə vurulub.

Qeyd edək ki, o Naxçıvan şəhərində 7 yaşından futbol məktəbində İntiqam Rəhimovun rəhbərliyi ilə məşqlərə qatılıb və bir sıra yarışlarda iştirak edib. AFFA - nın üzvü olub.

Məlumat üçün bildirək ki, Foça Spor Lisesi 2017-2018-ci ildən Türkiyədə fəaliyyət göstərən 8 xüsusi təmayüllü idman məktəbindən biridir. Turqay Canbaxşı 2022-2023-cü tədris ilindən burada təhsil alır. 

Bu liseyə qəbul olana qədər Turqay Naxçıvan şəhər Hüseyn Cavid adına 5 N-li tam orta məktəbdə təhsil alıb və sözügedən idman məktəbinin ilk azərbaycanlı şagirdidir.