Hərbi qulluqçuların fiziki hazırlığına xüsusi diqqət yetirilir -

Hərbi qulluqçuların fiziki hazırlığına xüsusi diqqət yetirilir - VİDEO

11 Mart 2025

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədi ilə onların fiziki hazırlığına xüsusi diqqət yetirilir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Bütün qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyət mütəmadi olaraq fiziki hazırlıq məşğələlərinə cəlb olunur, kütləvi idman tədbirlərində fəal iştirak edir.

Keçirilən dərs və məşğələlərdə üzgüçülük, taekvondo, güləş, cüdo, kross, boks, futbol, voleybol və digər idman növləri ilə yanaşı, hərbi qulluqçulara özünümüdafiə, əlbəyaxa döyüş növləri də öyrədilir.

Hərbi qulluqçuların fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır.