İlham Əliyev "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olub

İlham Əliyev "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olub

09 Oktyabr 2026

Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları oktyabrın 9-da "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.

"NAXÇIVANXƏBƏRLƏRİ" -nin məlumatına əsasən, Azərbaycan stendində milli incəsənətə dair kitablar, xalçaçılıq, sənətkarlıq o cümlədən, keramika, kəlağayı və şəbəkə sənəti nümunələri, həmçinin bunlarla bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilir.

Ziyarətçilərə Azərbaycan mədəniyyəti, mətbəxi, istifadə olunan yerli məhsullar, onların hazırlanma üsulları və xüsusiyyətləri ilə bağlı geniş məlumat verilir.