İlham Əliyev "Avaza" Kompleksinə gəlib -

İlham Əliyev "Avaza" Kompleksinə gəlib - FOTO

09 Oktyabr 2026

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyevi Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qarşılayıb.

Sonra Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.