İlham Əliyev "Avaza" Kompleksinə gəlib -

İlham Əliyev "Avaza" Kompleksinə gəlib - FOTO

08 Oktyabr 2026

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb.

Sonra tədbirdə iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.