İlham Əliyev: Əzab-əziyyətə baxmayaraq Azərbaycan xalqı əyilmədi
Azərbaycan xalqı böyük xalqdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, əzab-əziyyətə baxmayaraq Azərbaycan xalqı əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və bu torpaqlara qayıdacaq:
"Son illər ərzində - 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə həm işğal dövründə, həm Zəfərdən sonra bir daha əmin oluram ki, bizim xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir. Siz 30 il doğma diyarınızdan məhrum edilmişdiniz, amma ümidinizi itirmədiniz, iradənizi qırmadınız və inanırdınız ki, bu gün gələcək və gəldi".








