Böyük Qaladərəsi kəndində daha 20 evin bərpası planlaşdırılır
Şuşa rayonunun Böyük Qaladərəsi kəndində birinci mərhələdə 17 ev bərpa olunub, növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezidenti İlham Əliyev kənddə fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olarkən məlumat verilib.
Qeyd edilib ki, kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.
Bildirilib ki, ilkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.








