İlham Əliyev: Keçən il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 800 milyon dollardan çox olub
Keçən il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 800 milyon dollardan çox olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib.
Dövlət başçısı qeyd edib ki, bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərir:
"Gürcüstanda siyasi sabitlik var. Bunun təminatçısı gürcü xalqı və sizin apardığınız siyasətidir. Azərbaycan və Gürcüstan arasında ötən il ticarət dövriyyəsi 800 milyon dollardan çox olub. Bu ilin ilk rübündə yenə də artım yüksəkdir. Belə getsə, ilin sonuna bəlkə də 1 milyard rəqəminə atarıq".
Prezident bildirib ki, Gürcüstandakı mövcud olan müsbət sərmayə iqlimi Azərbaycan investorların həvəsləndirir:
"Bu günədək 3,7 milyard dollar Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına qoyulub".








