İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak edir - FOTO
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəlib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.
Sonra "ŞƏT plyus" formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdiriblər.












