“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
AMEA Naxçıvan Bölməsi və A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilmiş “Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının (Naxçıvan, 27 aprel 2026-cı il) materiallar toplusu nəşr olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Elmi Şurasının qərarı ilə Bakıda, “Füyuzat” nəşriyyatında çap edilən nəşr 164 səhifədən ibarətdir. Toplunun redaktoru tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov, rəyçiləri isə tarix üzrə fəlsəfə doktorları, dosentlər Zeynəb Qafarova və Eldar Əliyevdir.
Nəşr AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Molla Nəsrəddin” yatmış Şərqi oyatmaq üçün gəlmişdi” başlıqlı açılış nitqi ilə başlayır. Kitabda “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin maarifçilik missiyası, jurnalın ictimai-siyasi mühitdəki rolu, ana dilinin saflığı uğrunda mübarizəsi, satirik qrafikanın inkişafı və digər aktual elmi mövzularda məruzələr yer alıb.
Yeni işıq üzü görən bu nəşr Azərbaycan mətbuat tarixinin və mollanəsrəddinçilik ənənələrinin tədqiqi baxımından mühüm elmi mənbədir.








