Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb -

Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO

01 Sentyabr 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Manas" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev yola saldı.