İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri dekabrın 9-da başa çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısını Slovakiya Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər yola salıblar.










