Naxçıvanda qar örtüyünün hündürlüyü 3 sm olub

Naxçıvanda qar örtüyünün hündürlüyü 3 sm olub

10 Dekabr 2025

Naxçıvanın Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürlüyü 3 santimetr qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin saat 18:45-ə olan məlumatına əsasən, bölgədə hava şəraiti dəyişkən olmaqda davam edir.

Yüksək dağlıq ərazilərdə yağıntıların intensivləşməsi ehtimal edilir.

Hidrometeorologiya Mərkəzi sürücülərə və dağlıq ərazilərə səfər edən şəxslərə ehtiyatlı olmağı tövsiyə edir.