İrlandiya parlamentinin nümayəndə heyəti Şuşa şəhərində olub
İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti aprelin 23-də Şuşa şəhərində olub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Məclisdən məlumat verilib.
"Əvvəlcə Şuşaya gələn İrlandiya parlament nümayəndə heyətinin tanışlığı Şəhər Meydanından başlayıb", - məlumatda bildirilib və əlavə olunub ki, qonaqlara Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib:
"Sonra qonaqlar Aşağı Gövhər Ağa məscidi ilə tanış olublar, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıblar".








