Kərkicahan qəsəbəsinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər

Kərkicahan qəsəbəsinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər

10 Yanvar 2026

Müasir təhsil infrastrukturunun yaradılması işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin vacib istiqamətlərindən biridir. Dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbinin əsaslı təmirdən sonra açılışı bunun daha bir nümunəsidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli bildirib ki, 624 şagird yerlik məktəbin binasında 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana mövcuddur. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib.

Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Məktəbdə təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi şərait var.