Komitə tərəfindən növbəti maarifləndirici seminar keçirilib -

Komitə tərəfindən növbəti maarifləndirici seminar keçirilib - FOTO

16 Aprel 2025

Aprelin 16-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Muxtar Respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin Sanitar-Karantin Şöbəsinin müdiri Qurbani İbrahimov çıxış edərək uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb. Sanitar-gigiyenik vəziyyətə məsul şəxslərlə yanaşı, müəllimlərin də iştirak etdiyi tədbir diskussiya xarakterli olub. 

152 nəfərin yararlandığı seminarın sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və maarifləndirici broşürlər paylanılıb.