Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib - FOTO, VİDEO
Müdafiə Nazirliyinin rəhbər heyəti dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə Fəxri xiyabanı ziyarət edib.
Müdafiə Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Nazirliyin rəhbər heyəti daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiram nümayiş etdirib.











