
Naxçıvan əhalisinin sayı açıqlanıb
Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, martın 1-nə Naxçıvanda əhalinin sayı bir il öncəyə nisbətən 2 198 nəfər və ya 0,5 faiz artaraq 471 min 169 nəfər olub.