Naxçıvan MR Stadionunda mayın 23-də konsert təşkil ediləcək

Naxçıvan MR Stadionunda mayın 23-də konsert təşkil ediləcək

21 May 2023

Azərbaycan I Divizionda son oyununu keçirən "Araz-Naxçıvan” mərkəzi stadionda “Zaqatala” komandası ilə qarşılacaq.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, çempionatın sonuna 3 tur qalmış çempionluğunu təmin edən Naxçıvan təmsilçisinə qarşılaşmadan sonra doğma meydanda kubok və medallar təqdim ediləcək.

Daha sonra stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun ifasında konsert proqramı təşkil olunacaq.

Mayın 23-ü saat 16:00-da hər kəsi komandamızı dəstəkləməyə, çempionluq sevincini birgə yaşamağa və bu möhtəşəm ab-havadan zövq almağa dəvət edirik.