DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

09 Oktyabr 2026

2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların müzakirəsi, test tərtibi metodikasının təkmilləşdirilməsi və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq məqsədilə oktyabrın 12-dən Dövlət İmtahan Mərkəzində (DİM) fənlər üzrə elmi-metodik seminarlar başlayacaq.

DİM-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, seminarların keçirilməsində əsas məqsəd imtahan materiallarının müzakirəsi və test tərtibi metodikasının təkmilləşdirilməsidir.

Fənlər üzrə elmi-metodik seminarların cədvəli ilə buradan tanış olmaq mümkündür.