Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, prosesdə iştirak etmək istəyən müəllimlər miq.edu.az/qy/ saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
İlboyu davam edəcək prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz əmək müqaviləsi əsasında çalışan, həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə malik olan və müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanında minimum 30 bal toplayan müəllimlər iştirak edə bilərlər.








