“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi Azərbaycan Milli QHT Forumuna üzv qəbul edilib -

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi Azərbaycan Milli QHT Forumuna üzv qəbul edilib - FOTO

19 Sentyabr 2026

Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin üzvü Zaur İbrahimli, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin həmtəsisçisi Üzeyir Məmmədov və nümayəndəsi Fərid Əkbərli arasında görüş keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə regionlarda QHT fəaliyyətinin gücləndirilməsi, regional fəallığın artırılması, eləcə də şəhid ailələrinə göstərilən diqqət və qayğının ictimai təşəbbüslərlə dəstəklənməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər arasında fikir mübadiləsi aparılıb, gələcək fəaliyyət prioritetləri nəzərdən keçirilib. Birgə maarifləndirmə kampaniyalarının, dəstək proqramlarının və regional tədbirlərin keçirilməsi ilə bağlı təşəbbüslər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinə Azərbaycan Milli QHT Forumunun üzvlük vəsiqəsi təqdim edilib.