Babək rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib - FOTO
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Babək rayonunda icrası ilə bağlı görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firidun Tağıyev, rayon qərargahının üzvləri, eləcə də zona müşavirəsində təşəbbüsləri səsləndirilmiş sahibkarlar iştirak ediblər.
Görüşdə Dövlət Proqramından irəli gələn vəzifələrin Babək rayonunda icrası, rayonun aqrar potensialının genişləndirilməsi, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması, mövcud imkanlardan səmərəli istifadə məsələləri müzakirə olunub. Həmçinin aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər, onların həlli yolları və nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Sahibkarlara Dövlət Proqramının məqsəd və vəzifələri, aqrar sahənin inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər, tətbiq olunan subsidiya mexanizmləri və dövlət dəstəyi imkanları barədə ətraflı məlumat verilib. Mövcud imkanlardan səmərəli istifadə, istehsal həcminin və məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi və yeni istehsal sahələrinin yaradılması ilə bağlı tövsiyələr verilib.
Görüşdə sahibkarların təşəbbüslərinin dəstəklənməsinin, qarşılaşdıqları problemlərin həllinə diqqətin artırılmasının və aqrar sahədə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdən sonra Dövlət Proqramı çərçivəsində görülən işlərlə yerində tanış olmaq məqsədilə təsərrüfat subyektlərinə baxış keçirilib.











