Naxçıvanda Ailə Sağlamlıq Mərkəzlərinə yeni avadanlıqlar alınıb -

Naxçıvanda Ailə Sağlamlıq Mərkəzlərinə yeni avadanlıqlar alınıb - FOTO

08 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması layihəsi uğurla həyata keçirilir. Bu təşəbbüs vətəndaşlara keyfiyyətli ilkin tibbi xidmətlər təqdim etməklə yanaşı, xəstəliklərin profilaktikasına və həyat keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması və onların müasir tibbi avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən mərkəzlər üçün rentgen aparatı, hematoloji analizator, EKQ, USM və digər zəruri tibbi avadanlıqlar alınıb. Avadanlıqların bir hissəsi artıq təhvil verilib, qalanları isə yaxın vaxtlarda təqdim olunacaq